...

Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər

Nəzər nöqtəsi Materials 5 Dekabr 2016 15:24 (UTC +04:00)
Xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları sonradan ölkəyə qayıdıb heç bir təhlükə yarada bilməzlər.
Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər

Bakı. Elçin Mehdiyev – Trend:

Xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları sonradan ölkəyə qayıdıb heç bir təhlükə yarada bilməzlər. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, ümumiyyətlə Azərbaycandan xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanların sayı kifayət qədər azdır:

“Qeyri-qanuni silahlı birləşmələrə qoşulub və peşman olub qayıdanlar olacaqsa, onların əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və müfaviq qaydada tədbirlər görüləcək. Azərbaycanda hüquq-mühafizə sistemi təkmil səviyyədədir və cinayətkarlığın, qeyri-qanuni hərəkətlərin qarşısını almağa qadirdir”.

M.Qurbanlı əlavə edib ki, qanunsuz silahlı birləşmələrə qoşulanlar ölkəyə qayıdıb peşmanlıqlarını ifadə etsinlər, ədalət məhkəməsi onların peşmançılığını nəzərə alar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti