...

“Gardashlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev “Tərəqqi” medalı ilə təltif edilib

İqtisadiyyat Materials 26 Aprel 2022 12:18 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında" imzaladığı sərəncama əsasən Mirzəyev Əli Məmməd oğlu “Tərəqqi” medalı ilə təltif olunub.

2015-ci ildən fəaliyyət göstərən “Gardashlar Mebel” şirkəti Azərbaycanın başlıca ən böyük və ən müasir mebel istehsalçısıdır. Fabrik bir sıra beynəlxalq sərgilərə qatılaraq məşhur brendlərlə əməkdaşlıq edir. 17-dən çox mebel kateqoriyası üzrə ixtisaslaşan “Gardashlar Mebel”-in əsas fəaliyyət istiqamətlərinə ofis mebelləri, yumşaq yataq mebel dəstləri, müxtəlif funksionallıqda mətbəx mebelləri, uşaq mebelləri, fərqli arnamentli stol və stellar, qonaq otağı dəstləri, qarderoblar və TV stendləri daxildir. Şirkət həmçinin özəl layihələr əsasında təhsil və tədris mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini də həyata keçirir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına etdiyi yatırım mebel sektorunda daha keyfiyyətli və zövqlü məhsullar istehsal etməyə imkan yaradır.

7 ildən çox təcrübəyə malik olan “Gardashlar Mebel”-in əsas mqsədi ölkədə sahibkarlığın inkişafına göstərilən dəstək sayəsində insan kapitalına və texnologiyaya etdikləri yatırım ilə daha da irəliyə getməkdir. 17-dən çox mebel kateqoriyası üzrə məhsulların istehsalı isə şirkətin insanların müxtəlif inkişaf dövlərində ehtiyaclarına əhəmiyyət verilməsinin bariz sübutudur. İstər ölkə daxilində istər dövlət, istərsə də özəl sahədə 200-dən çox uğurlu layihələrin icrasında iştirak edərək keyfiyyətli işlərə imza atan “Gardashlar Mebel”-in mebel sahəsi üzrə öncül olması təsadüfi deyil.

Xəbər lenti

Xəbər lenti